"Abşeron Lions" Kipr klubunu məğlub edib - Avropa Kuboku

21:15 24.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsində Bakı İdman Sarayında Kiprin "Anortosis" klubunu qəbul edib.

Avrokuboklarda debüt edən komandamız rəqibini 89:73 hesabı ilə üstələyib.

Qeyd edək ki, cavab görüşü oktyabrın 1-də Limassolda təşkil olunacaq.